Perin “Yuventus”dan gedir

0
141

“Yuventus”un qapıçısı Mattia Perin klubunu dəyişə bilər.

Terefsiz.az xəbər verir ki, italiyalı qapıçı ilə Benfica maraqlanır. Artıq tərəflərin razılaşdığı da deyilir. Canluici Buffonun qayıdışından sonra 3-cü qapıçı olacağını anlayan Perin, növbəti mövsümü daha çox oyun keçirə biləcək kluba keçmək istəyir.

Qeyd edək ki, ötən mövsümün əvvəlində Genoa-dan Juventus-a keçən Perin 10 oyunda iştirak edib.

İstinad: goal.az

Terefsiz.az