Pentaqon minlərlə hərbçisinə Yaxın Şərqdə əməliyyatlara hazır olmaq əmri verdi

0
109

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 4,5 min dənizçi və dəniz piyadasına ehtiyac yaranacağı halda, Yaxın Şərqdə hərbi əməliyyatları dəstəkləmək üçün hazır olmasını əmr edib.

Terefsiz.az xəbər verir ki, “The Washington Post” bu barədə ABŞ Müdafiə Nazirliyinin adı gizli saxlanılan nümayəndəsinə istinadən informasiya yayıb.

Bununla belə, mənbə “Bataan” desant qrupunun yerini açıqlamaqdan imtina edib.

Yanvarın 3-də nəşrə danışan digər mənbə isə Aralıq dənizi rayonunda ABŞ hərbçilərinin hazır vəziyyətdə saxlandığını və ehtiyac olacağı halda bölgəyə göndəriləcəyini açıqlamışdı.