Pedofilizmi təbliğ edən türk yazar Abdullah Şevki haqqında vətəndaşların qatı reaksiyasına səbəb olan məhkəmə qərarı

0
770

Terefsiz.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gündür Türkiyə gündəmini zəbt edən ” Zümrüt apartmanı ” kitabının müəllifi Abdullah Şevki haqqında adı çəkilən kitabda pedofilizmi təbliğ etməyi ilə bağlı olaraq, Türkiyənin diqqətcil insanları tərəfindən məhkəməyə verilmiş, həbsi tələb edilmişdi.

Kitabda hələ dişləri belə çıxmayan bir uşağa təcavüz edən bir kişinin həzzi səhnəsi iyrənc şəkildə ifadə edilmişdir.

Məhz buna görə Türkiyə vətəndaşlarının qatı reaksiyasına məruz qalmışdır. İnsanlar yalnız kitab müəllifini deyil, kitab çap edən nəşriyyatın da sahibini məhkəməyə vermişdilər.

Nəşriyyat sahibi isə müəllifdən şikayət edənlərə cavab olaraq, ” Sizin dərrakəniz Abdullahı anlamağa çatmaz ” deyərək, alçaldıcı fikir irəli sürmüşdür.

Nəşriyyatın sahibi və iyrənc kitabın müəllifi olan Abdullah Şevki məhkəməyə çıxsalar da həbs edilməyiblər. Ədli nəzarət altında azadlığa buraxılıblar. Vətəndaşlar isə buna qarşılıq olaraq, nəşriyyata hücum çəkib, pəncərələrini qırıblar.

Terefsiz.az saytının kollektivi olaraq, biz də Abdullah Şevki və nəşriyyat sahibinin həbsini tələb edənlərə qoşuluruq.