Pakistan əsilli britaniyalı deputat ölkənin Baş naziri vəzifəsinə namizəd olub

0
61

Britaniyalı deputat Rəhman Çişti hakim Mühafizəkarlar Partiyasına və Böyük Britaniya hökumətinə rəhbərlik etməyə 11-ci namizəd olub.

“Terefsiz.az” xəbər verir ki, siyasətçi bu barədə tviter hesabında yazıb.

“Mənə ambisiyalara əsaslanmış mühafizəkarlıq, yeni ideyalar və böyük ölkəmizə nəfəs verə və onu irəli apara biləcək yeni komanda mənim üçün vacibdir”, – R.Çişti yazıb.

Qeyd edək ki, Rəhman Çişti “Brexit” tərəfdarı və eynicinsli nikahın əleyhdarı kimi tanınır.

O, 2010-cu ildən Böyük Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvüdür. O, Baş nazirin Pakistandakı ticarət nümayəndəsi və Baş nazirin dini etiqad azadlığı üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb. Uşaqlığını Bağdadda keçirən Çişti Böyük Britaniyadan kənarda doğulub. O, ailəsi ilə 1984-cü ildə altı yaşında Pakistandan Böyük Britaniyaya köçüb.

terefsiz.az