“Özümü əla formada hiss edirəm” – Balotelli

0
147

“Breşiya”nın hücumçusu Mario Balotelli bildirib ki, hazırda özünü əla formada hiss edir və yenidən İtaliya millisində oynamaq istəyir.

Terefsiz.az saytı xəbər verir ki,  Balotelli deyib ki, axır 6 aydakı məşqi son 10 ildəki hazırlığından daha güclü olub:

“Mən hələ oyunlara tam köklənməmişəm. İki yoxlama oyununda iştirak etmişəm. Amma əla formadayam. Son dəfə mənim belə çəkim “Mançester Siti”də oynayanda olmuşdu”.

29 yaşlı hücumçu bildirib ki, onun məqsədi milliyə dəvət alıb “Avro-2020”də iştirak etməkdir.

Terefsiz.az