Övladınızın ən xoşbəxt uşaqlardan biri olmağını istəyirsiniz? O zaman bu yazını mütləq oxuyun! (0 – 6 yaş)

0
235

0-6 YAŞ DÖVRÜNÜN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Yeni doğulan uşaq hər bir ailəyə sevinc gətirməklə yanaşı həm də ailədə böyük dəyişikliklərə səbəb olur.Valideynlərdə uşagın sağlamlığı və normal inkişafı üçün böyük məsuliyyət və cavabdehlik hissi yaranır.

Çox vaxt cavan ailələrdə belə suallar yaranır ki, görəsən bizim uşağımız normal inkişaf edirmi? və yaxud hər hansı bir mütəxəssisə müraciət etməyə ehtiyac varmı ?

İstər valideynlərin,istərsədə uşaqlara xidmət göstərən dayələrin uşaq inkişaf mərhələləri və bu mərhələlərin hər birinə xas olan ehtiyaclar haqqında məlumatlı olmağı vacibdir. Ailə gələcək nəslin uğurlu və faydalı olması üçün əsas göstəricidir. Məhz buna görə yaxşı valideyn gərək uşaq inkişafı və tərbiyəsi haqqında biliklərə malik olsun.

Erkən uşaqlıq dövrü uşağın doğulduğu gündən altı yaşa qədər olan dövrü əhatə edir. Uşaq bu dövrdə sürətlə böyüyür və inkişaf edir. Orqanizm möhkəmlənir, baş beyin və orqanizmin digər üzvləri inkişaf edir, anatomik-fizioloji inkişaf sürətlə baş verir.Onların fiziki qüvvələri artır və məhz buna görə onlar çox vaxt məişət işlərində böyüklərə kömək etməyə can atırlar.
Bu dövrdə uşağın barmaqlarında, biləklərində olan kiçik əzələləri, qol, ayaq,qıç və köksündə olan böyük əzələlərə nisbətən zəif inkişaf edir.Buna görə də o, şəkil çəkməkdə çətinlik çəkir, əşyalardan möhkəm yapışa bilmir.

6 yaşa qədər uşaqlarda sinir sistemi tam formalaşmamış olur.Lakin fizioloji cəhətdən tamamlanmış olur, ona görə də hərəkətlərini bir-birindən ayıra bilmirlər. Mərkəzi sinir sistemində oyanma tormozlanmaya nisbətən qüvvətli olduğundan hərəkətləri çox mütəhərrik olur.

6 yaşın sonunda uşaqlarda xarici hiss üzvlərinin inkişafı anatomik-fizioloji cəhətdən tamamlanmış olur. Lakin görmənin, eşitmənin, lamisə duyğularının inkişafı üçün sensor üzvlərinə diqqətli qayği tələb olunur. Uşaqlar görmə, eşitmə, lamisə duyğuları və qavrayışları vasitəsilə əşyaları rənginə, formasına və iriliyinə görə ayırd edir.Onlarda kələ-kötürlük, hamarlıq kimi keyfiyyətləri müqaisə etmək bacarığı yaranır. Təsvvürləri hiss etmək və qavramaq getdikcə formalaşır.

Məktəbəqədər yaş dövründə müəyyən təlabatlar təşəkkül tapır və bu əsasda müxtəlif maraqlar yaranır. Ən zəruri maraq-idrak marağı meydana çıxır. Uşaqlarda hər şeyi bilmək, hər şeylə maraqlanmaq qabiliyyəti inkişaf edir. Onlar ətraf mühiti, onları əhatə edən aləmi, özünü , bədən üzvlərinin konkret funksiyalarını dərk etməyə başlayırlar.

Bu bacarıqlara sahib olmamaq, yiyələnə bilməmək inkişafdan geri qalmaqdır.Ağır problemlərdən biri ailədə uşağın hər hansı bir pozuntunun olmasıdır. Valideynə çox ağırdı ki, onun uşağı öz yaşıdlarından fərqlənir, məlum yaş dövrün müəyyən vərdiş və bacarıqlarını yerinə yetirə bilmir.

Lakin inkişaf geriliyi olan uşaqlarda bütün uşaqlar kimi oxumaq, ünsiyyət qurmaq, özünəxidmət bacarıqları bacarıqları öyrənə bilərlər.

Amma bu bilik və bacarıqları tezliklə yox, digər uşaqlara nisbətən bir az daha çətin və uzun vaxt tələb edir. Belə uşaqlara daha çox sevgi, dəstək, qayğı lazım olur.

 

TEREFSİZ.AZ