“OL” FİLMİ KİNO EVİNDƏ BAYRAM ATMOSFERİ YARATDI

0
226

6 sentyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının  Kino Evində rejissor Namiq Ağayevin “Ol” filminin təqdimatı keçirildi.

Terefsiz.az xəbər verir ki, filmin nümayişindən əvvəl tədbiri açıq elan edən AKİ-nin katibi Əli İsa Cabarov tamaşaçılara filmin nümayişinin bayram əhval-ruhiyyəsi yaradacağı anonsunu verdi…

Nümayişdən sonra doğrudan da tamaşaçıların üzündə olan ifadəni görmək lazım idi. Film tamaşaçı üçün bir yenilik idi, fərqli bir kinonun tanıtımı rolunu oynayırdı.

Yeri gəlmişkən, müxtəlif layihələrə imza atan Namiq Ağayev “Ol” filmi ilə sözün həqiqi mənasında tamaşaçılara OL -yəni nə olur-olsun var olmanın vacib olduğunu deməyi bacardı. Filmin müzakirəsi zamanı verilən anons özünün doğrultdu.

“OL” filminin təqdimatına qatılan, əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirdi ki, Namiq Ağayevi istedadlı bir rejissor kimi uzun illərdir tanıyır: “Onun sənətinə necə sadiq olduğunu bilirəm və düşünrəm ki, film məhz belə insanların keçdiyi həyat yolundan bəhs edir”.

Müzakirələrdə iştirak edən xalq artisti Şükufə Yusupova, əməkdar artist Gülzar Qurbanova da filmin müəllifin şəxsiyyətilə birbaşa bağlılığını önə çəkərək rejissor Namiq Ağayevə öz yolunda, yaradıcılıq missiyasında uğurlar arzuladılar.

Sənədli filmlər müəllifi Saleh Sadıqzadə filmin operatoru Ramin Asimoğlunun işinin çox uğurlu olduğunu bildirdi.

Onu da qeyd edək ki, rejissor, filmin ssenari müəllifi və baş rollardan birinin ifaçısı Fikrət Məmmədovla görüşdən sonra onu bu filmə çəkməyə əmin olduğunu bildirdi.

Fikrət Məmmədov ssenarinin ilk versiyasında sırf komediya olduğunu, Namiq Ağayevin ssenarini üzərində işləmələrindən sonra dramatik situatsiyaların əlavə olunduğunu vurğuladı.

Baş rolun ifaçısı Vüsala Ağayeva bildirdi ki, rejissorun həyat yoldaşı olduğu üçün çəkiliş meydançasında bir qədər çətin olsa da, eyni zamanda əlverişli cəhətlərin olmasına da diqqəti çəkdi.

Namiq Ağayev film boyu Vüsalə xanımın personajının mətni olmadığını, susduğunu nəzərə alaraq aktrisa qarşısında çəkiliş zamanı da az danışmağı susmağı tapşırdığı məlum oldu.

Namiq Ağayev çəkiliş vaxtı aktrisa Vüsalə Ağayevanın oynadığı personajın mətni olmadığını bildirdi, hətta film boyunca ona az danışmağı, susmağı tapşırdığını qeyd etdi.

Filmə baxışdan sonra öz fikirlərini sosial şəbəkələrdə bölüşən kino tənqidçi Sədaqət Kamal yazır:  “Film zəngin bir xəzinə olan kinematoqraf və bu zəngin xəzinənin qapıları üzünə bağlanmış xəzinə sahibləriniin kino himnidir. Çox rəngarəng və fantastik kadlarıyla təsiredici gücü olan bu film məhdud texniki imkanlar çərçivəsində çəkildiyi üçün heyfslənməmək olmur. Belə istedadlı kino sənətkarlarımız varkən niyə “Azərbaycanda kino yoxdur?” deyənlər var
Axı, o var və canı, qanı bahasına yaşayır…”

Son olaraq qeyd edək ki, filmin ssenari müəllifi Namiq Ağayev, Fikrət Məmmədov, quruluşçu rejissoru – Namiq Ağayev, operator Ramin Asimoğlu, prodüserlər – Fariq Cəfərov, Rəşad Cəfərovdur.

Rollarda iştirak edirlər: Tuncer Salman, Namiq  Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və b.

Azərbaycan Kinematorafçılar İttifaqının Mətbuat xidməti

 

 

istinad:aki.az

terefsiz.az