“Oğlum Barcelona-ya qayıtmaq istəyir” – Neymarın atası

0
146

PSG-nin hücumçusu Neymarın atası Neymar yerli mətbuata maraqlı müsahibə verib. Terefsiz.az xəbər verir ki, oğlunun menecerliyini edən ata Neymar Barcelona variantının hələ də qaldığını bildirib.

O, klublar arasında danışıqların tam yekunlaşmadığını və keçidin yanvarda baş tuta biləcəyini vurğulayıb: “Braziliyalılar yalnız xoşbəxt olduğu yerdə olmaq istəyir. Oğlum Barcelona-da xoşbəxt idi. İndi xüsusi satınalma miqdarı yoxdu və bu, vəziyyəti çətinləşdirir. Transferin reallaşması üçün ortaq dil tapmağa çalışdıq. Neymar yenidən Messi və digərləri ilə birlikdə Barcelona-da oynamaq istəyir. Bu transfer hələ də baş tuta bilər. Çünki klublar arasında danışıqlar davam edir”.

Qeyd edək ki, Barcelona yay fasiləsində Neymarı qaytarmağa çalışsa da, PSG-nin yüksək tələbi kataloniyalıları geri addım atmağa vadar edib.