Nyu-Yorkda Elmar Məmmədyarovla Minsk Qrupu həmsədrləri arasında görüş başlayıb – FOTO

0
188

ABŞ-da Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb.

Bu barədə Terefsiz.az saytı Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir.

“Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb”, – deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib.

Qeyd edək ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

İstinad: report.az

Terefsiz.az