Nizami Kino Mərkəzində “5. Türk Filmləri Həftəsi – Bakı” nın açılış mərasimi keciriləcək.

0
153

Noyabrın  25- də  Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyinin , Türkiyənin Azərbaycandakı səfirliyinin,  Yerli Düşünce Derneği’nin,  TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin  dəstəyi ilə  “5. Türk  Filimləri Həftəsi –Bakı” nın açılış mərasimi  keçiriləcək.

Terefsiz.az xəbər verir ki, açılış mərasiminə  Türkiyədən gələn  AK Parti Ordu Millət vəkili və Yerli Düşünce Derneğinin Baş Direktoru  Metin Gündoğdu, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı ve Nisa SofiyaAksongur,  “Çakallarla Dans 5” filminin rejissoru  Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru  Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru  Mustafa Kotan,  həmçinin FİYAP Baş  katibi  Ahmet Edebali, SETEM Baş Direktoru  Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət editoru  Bedir Acar, Türk Filmləri Həftəsinin lahiyə assistenti Fatma Gezer ve Türk Filmləri Həftəsının  Baş koordinatoru  Öner Kılıç qatılacaqlar.

Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat  zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək.

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçam’ın “Locman” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki,  Film  Həftəsi  ərzində

noyabrın 26-da “Locman” filmi, 19-00-da          “Kapan”;

          noyabrın  27-də saat 17:00-da “Annem”,19-00-da “Çakallarla dans 5”;

          noyabrın  28-də saat 17:00-da  “Çakallarla dans 5”, 19-00-da “Kapan”;

          noyabrın 29-da  saat 17:00-da “Rafadan Tayfa” 19-00-da “Annem” bədii filmləri  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.