Neymar PSJ-yə qələbə qazandırdı.

0
159

PSJ Fransa Liqasında növbəti oyununa çıxıb.

Terefsiz.az. saytı xəbər verir ki, Paris klubu 8-ci turda səfərdə “Bordo” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 70-ci dəqiqədə Neymar vurub.

“Bordo” – PSJ – 0:1
Qol:
 Neymar, 70

Bu qələbə ilə xalını 18-ə yüksəldən Tomas Tuhelin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Nant” 16 xalla 2-ci, “Anje” 15 xalla (7 oyundan) 3-cüdür.

Terefsiz.az