“Neftçi” Sergen Yalçınla danışıqları davam etdirir, tərəflər anlaşmağa yaxındırlar

0
520

“Neftçi” baş məşqçi vəzifəsi üçün Bakıya dəvət etdiyi Sergen Yalçınla danışıqları davam etdirir.

Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında paylaşım edib.

O bildirib ki, tərəflər müqavilə şərtlərində razılığa gəlmək üzrədir.

Bu məlumatı digər idman müxbiri Levent Ümit Erol da təsdiqləyib. Jurnalistin sözlərinə görə, ortada kiçik fikir ayrılıqları var.

Qeyd edək ki, “Neftçi”nin Sergen Yalçınla 1+1 illik müqavilə imzalayacağı gözlənilir. Təyinat baş tutsa, 51 yaşlı mütəxəssis “ağ-qaralar”ın sükanı arxasında Laurentsiu Regekampfı əvəzləyəcək.

terefsiz.az