“Neftçi” hesabı açdı – CANLI YAYIM (YENİLƏNİR)

0
167

“Ağ-qaralar” birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə hesabı açdı. Dario Frederiko fərqləndi: 0-1

***

21:00

“Arsenal” – “Neftçi” matçı başladı. Oyunu buradancanlı yayımla izləyə bilərsiniz.

***

19:45

Rusiyada UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Arsenal” və “Neftçi”nin start heyətləri açıqlanıb.

Terefsiz.az- ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

“Arsenal”: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (K), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie

“Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93.Soni Mustivar

***

 

10:25

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün mübarizəyə başlayacaq.

Terefsiz.az xəbər verir ki, Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

Oyun “CBC Sport” kanalından canlı yayımlanacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Enea Yorci (Albaniya)

Tula (Rusiya), “Arsenal” mərkəzi stadionu.

İstinad: Publika.az

Terefsiz.az