Naxçıvanda “Yamac paraşütü” turizm məhsulu yaradılacaq

0
35

Bu il Naxçıvan MR-da “Yamac paraşütü” turizm məhsulu yaradılacaq.

Bunu muxtar respublikanın Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli açıqlayıb.

Onun sözlərinə görə, artıq bu sahədə sınaq işləri aparılıb: “Mənim çalışdığım departamentin siyasəti ondan ibarətdir ki, istənilən sahədə yenilik mütləq mənada araşdırılır və sonra həmin siyasət həyata keçirilir. Biz hazırda “Yamac paraşütü” sahəsində müxtəlif işlər görürük. Ötən il müxtəlif paraşütçülərin muxtar respublikaya səfərləri təşkil olundu. İlk dəfə olaraq Ağbulaq İstirahət Mərkəzində və Əlincə Qalasının yamacında sınaq uçuşları həyata keçirildi. Nəticədə müəyyən olundu ki, muxtar respublika “Yamac paraşütü” üçün uyğun məkandır. Bu günk “Yamac paraşütü” turizm məhsulunun yaradılması aktualdır”.

terefsiz.az