Napoli-də ciddi itki

0
169

İtaliya A Seriyasının 16-cı turu çərçivəsində Parma-ya 1:2 hesabı ilə məğlub olan Napoli ciddi itki ilə üzləşib.

Terefsiz.az xəbər verir ki, Neapol klubunun müdafiəçisi Xalidu Kulibali zədələnib. Oyunun 5-ci dəqiqəsində zədələnərək, meydanı erkən tərk edən futbolçunun sağ budundan xəsarət aldığı bildirilir. Onun ilin son oyununda – Sassuolo ilə matçda iştirak etməyəcəyi gözlənilir.

Futbolçunun dəqiq vəziyyəti tibbi müayinədən sonra müəyyənləşəcək.