Müştəriyə rus dilində xidmət ödənişli olsun – Deputat

0
110

Latviya parlamentinin deputatı Eva Martuza dövlət və özəl müəssisələrdə müştərilərin işçilərlə rus dilində ünsiyyət qurmasını pullu xidmət sahəsinə aid etmək haqda fikir irəli sürüb.

Terefsiz.az bildirir ki, “Yeni Mühazəkarlar Partiyası”nın üzvü düşünür ki,  əgər ölkədə dövlət və özəl sahədə fəaliyyət göstərən işçilər rus dilində danışmağa məcburdursa, müştəri tərcümə xidmətinə görə əlavə ödəniş etməli olacaq.

“Latviyada rus dilinə tərcümə xidməti nə qədərdir? Tarif beş dəqiqə üçün 10 avrodur (təxminən 19 manat – red.).

Dili (latış dilini) başa düşmürsənsə, tərcümə üçün pul ödə. Tərcüməçinin əməyi ödənişli olmalıdır”, – “Radiosputnik” agentliyi mühafizəkar partiya nümayəndəsinin sözlərinə istinadən xəbər verir.

istinad:oxu.az