“Mükafat futbolun ən yaxşısına veriləcəksə, Messiyə verin, məsələ bağlansın” – Valverde

0
150

Barcelona-nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Terefsiz.az xəbər verir ki, Valverde, “qızıl top” mükafatına favoritini də açıqlayıb:

“Belə tədbirləri izləmirəm. Çünki bu, çox uzun prosesdir. Hər kəs düşündüklərimi bilir. Ən yaxşı olana səs verəcəm. Hər il futbolçuların necə mövsüm keçirdiyinə baxaraq səs verirsiz. Ancaq mükafat futbolun ən yaxşısına veriləcəksə, Lionel Messiyə verin, məsələ bağlansın”.

“Qızıl top” mükafatının qalibi bu gün, Fransada keçiriləcək tədbirdə bilinəcək.