Mottadan tarixi əvəzləmələr və əzmkar qələbə – Video

0
155

 “Cenoa”nın yeni baş məşqçisi Tiaqo Mottanın debütü uğurlu alınıb.

Terefsiz.az saytı xəbər verir ki, İtaliya A Seriyasında 9-cu turunda “Breşiya”nı qəbul edən komanda  0:1 hesabı ilə geri düşdüyü oyunda əzmkar qələbə qazanıb – 3:1.

Meydan sahiblərinin hər üç qolunu isə sonradan meydana daxil olan futbolçular – Kevin Aqudelo (66), Kristian Kaume (75) və Qoran Pandev (79) vurub.

İtaliya mətbuatı yazıb ki, daha əvvəl A Seriyasında meydana sonradan daxil olan hər üç futbolçu qol vurmayıb.

“Cenoa” bu qələbə ilə xalını 8-ə çatdıraraq 17-ci pilləyə yüksəlib.