Motsartın nadir portreti hərraca çıxarılıb – Foto

0
231

Klassik bəstəkar Motsartın 13 yaşında çəkilən portreti noyabrın 27-də Parisdəki “Christie’s” hərracında satışa çıxarılacaq.Terefsiz.az saytı xəbər verir ki, bu barədə “France info” bildirib.

Əl işinin qiymət qiyməti 800 min – 1 milyon 200 min avroya qədər dəyişir. Şəklin müəllifi rəssam Jambettino Çinyarolidir.

“Adətən, alıcıları rəssamın adı cəlb edir, amma indiki halda şəklin süjeti, yəni Motsartın özü..”, – deyə “Christie’s”in Paris filialının Qədim Rəsmlər Bölməsinin direktoru Astrid Sentner bildirib.

Motsartın uşaq yaşlarındakı çəkilmiş portretləri çox azdır. Ehtimal edilir ki, bu, gənc bəstəkarın şəxsi kolleksiyasındakı son təsviridir.