Motosikletlə avtomobil toqquşdu: yaralı var

0
152

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Terefsiz.az xəbər verir ki, qəza Binə qəsəbəsində, 326 saylı məktəbin yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 2000-ci il təvəllüdlü Nuriyev Taleh Asif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.