Moskvada tufan

0
156

Moskvada tufan zamanı 12 nəfər xəsarət alıb

Moskvada güclü külək və tufan olub, dolu yağıb.

Təbii fəlakət zamanı 12 nəfər müxtəlif xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

RİA Novostiyə Terefsiz.az saytı xəbər verir ki, güclü külək şəhərdə 70-dən çox ağacı aşırıb.

Sinoptiklərin məlumatına görə, yaxın 2 gün ərzində Mokvada hava şəraiti pisləşəcək. Rusiya paytaxtında güclü yağışlar və dolu gözlənilir.

Terefsiz.az