Milli Məclisin deputatı Fazil Mustafa güllələnib

0
30

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

“Terefsiz.az”ın xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın həyati təhlükəsi yoxdur.

Deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alan deputatın vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.

terefsiz.az