Messidən Valverdeyə vida mesajı

0
134

 “Barselona”nın kapitanı Lionel Messi baş məşqçi vəzifəsindən uzaqlaşdırılan Ernesto Valverde ilə vidalaşıb.

Terefsiz.az saytı xəbər verir ki, argentinalı hücumçu şəxsi İnstagram səhifəsində sabiq baş məşqçisi haqda xoş sözlər yazıb.

“Hər şeyə görə sağ olun, cənab. Əminəm ki, harada olmasından asılı olmayaraq uğur qazanacaqsınız. Çünki siz təkcə böyük peşəkar yox, həm də gözəl insansınız. Qucaqlayıram, uğurlar” – deyə Messi qeyd edib.

Terefsiz.az