MAXİTO necə hazırlanır?

0
5147

Moxito üçün resept

Ərzaqlar

10 ədəd yeni nanə yarpağı
50 ml rom
2 xörək qaşığı qara şəkər tozu
½ ədət lime (yaşıl limon)
½ stəkan qazlı su
½ stəkan buz

Necə hazırlanır?

1. Yaşıl limonu yumru-yumru dilimləyin. Nanə yarpaqlarını istifadə edəcəyiniz stəkana qoyun
2. Yaşıl limon dilimlərini və qara şəkər tozunu əlavə edin. Nanəni, limon dilimləri və şəkər tozunu yaxşı əzib, qarışdırın.
3. Bu prosessi taxta bir qaşıq və ya bir alətlə edin.
4. Stəkanın yarısını qırılmış buzlarla doldurun. Rom və qazlı suyu əlavə edib, qarışdırıb süfrəyə təqdim edin.

Terefsiz.az