Masallıda ailə faciəsi: Baba öz nəvəsini maşınla əzib öldürdü

0
115

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Terefsiz.az Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az