“Mançester Yunayted”də ən yaxşı futbolçu

0
155

“Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Terefsiz.az saytı xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Deniel Ceyms ötən ayın ən yaxşı oyunçusu seçilib. 21 yaşlı yarımmüdafiəçi səsvermədə Aaron Uan-Bissak və Harri Maquayrı qabaqlayıb.

Qeyd edək ki, Ceyms bu yay “Suonsi”dən “MY”ya keçib. O, bu mövsüm Premyer Liqada 4 matçda 3 qol vurub.

Terefsiz.az