Mahir Emrelini istəyən İspaniya klubları

0
318

“Qarabağ”ın futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyən İspaniya klublarının adları bəlli olub.

Terefsiz.az saytı AS nəşrinə istinadən xəbər verir ki, bunlar səviyyəcə ikinci liqada çıxış edən “Estremadura” və “Malaqa” kollektivləridir.

22 yaşlı hücumçunun karyerasını İspaniyada davam etdirməyə çox yaxın olduğu bildirilib. “Estremadura”nın Azərbaycan millisinin futbolçusu üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərdiyi də vurğulanıb.

“Malaqa” oyunçunu heyətinə cəlb etmək istəsə də, klubun üzləşdiyi maddi problemlər bu keçidi çətinləşdirir.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.