Maduro nazirləri istefaya çağırdı

0
308

Venesuela prezidenti Nikolas Maduro hökumətin yenidən qurulması üçün nazirləri istefaya çağırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes tvitterdə məlumat verib.

Xatırladaq ki, yanvarın 23-də müxalifət lideri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan etdiyi gündən etibarən ölkədə gərginlik yaşanır.

Quaydonu ABŞ daxil olmaqla 60-dan çox ölkə dəstəklədiyi halda, Maduronu Rusiya başda olmaqla Belarus, Türkiyə, Suriya, Boliviya, İran, Çin, Kuba, Salvador və Nikaraqua dəstəkləyir.