Məsciddə silahlı insident

0
257

London şəhərinin İlford rayonu ərazisində yerləşən məsciddə silahlı insident baş verib.

Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat cümə günü yerli polisin “Twitter” səhifəsinə yerləşdirilib.

Məlumata görə, hadisənin baş verdiyi Hay-roud küçəsinə polis cəlb olunub. İnsident nəticəsində xəsarət alan olmayıb.

“Daily Mirror” qəzeti yazır ki, “Yeddi kral” məscidi (“Seven Kings Mosque”) hadisə ilə əlaqədar olaraq bağlanıb.

Terefsiz.az