Lüis Hemilton “Formula 1” üzrə mövsümün 8-ci Qran-prisinin qalibi olub

0
124

Fransanın Marsel şəhərindəki Le Kastelledə “Formula 1” üzrə mövsümün 8-ci Qran-prisi keçirilib.

Terefsiz.az -ın məlumatına görə, qalib adını “Mercedes” pilotu Lüis Hemilton qazanıb.

İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas, üçüncülüyü “Ferrari”dən Şarl Lekler əldə edib. “Ferrari”nin daha bir iddialı pilotu Sebastyan Fettel isə bu dəfə 7-ci yerlə kifayətlənib.

İstinad: Report.az

Terefsiz.az