Lerikdə əmisioğlunun avtomobilini qaçıran şəxs saxlanıldı

0
762

Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə məlumat verərək bildirib ki, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisioğlu, əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib.

Həmin şəxs qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

terefsiz.az