Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü

0
218
Soccer fans affected by tear gas fired by police are helped by members of the Red Cross after a deadly fight broke out between fans before the start of a game between Motagua and Olimpia, inside the national stadium in Tegucigalpa, Honduras, late Saturday, Aug. 17, 2019. The fight between fans of rival soccer teams outside the stadium left three people dead and led to the suspension of the game. (Victor Colindres/La Tribunal via AP)

Honduras çempionatının “Olimpia” – “Motaqva” oyunundan əvvəl kütləvi dava düşüb.

Terefsiz.az saytı xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpanı təmsil edən hər iki komandanın oyunundan əvvəl azarkeşlər arasında iğtişaş yaşanıb.

Belə ki, “Olimpia”nın fanatları “Motaqva”nı stadiona aparan avtobusa daş atıb və üç futbolçunu yaralayıb. “Seltik”in sabiq futbolçusu Emilyo İsaqire gözündən zədə alıb. Həmçinin paraqvaylı Roberto Moreyra ilə argentinalı Xonatan Ruqye şüşə parçaları ilə yaralanıblar.

Sürücü Markos Kastelyanosun sözlərinə görə, 250-yə yaxın adam butulkalarla avtobusa hücum edib. Bu səbəbdən Milli Liqa və polis oyunun keçirilməsini təxirə salıb. Ancaq komandaların fanatları stadion ətrafında və daxildə dava etməyə başlayıb.

Hətta polisin gözyaşardıcı qazdan istifadəsinə qədər stadionda güllə səsləri eşidilib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib, dördüncü isə xəstəxanada dünyasını dəyişib.