KREDİTLƏR BAĞIŞLANACAQ

0
366
  • Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı həlak olanların bir nəfər ailə üzvünün banklara olan 1 000 manata qədər borcu bağışlanacaq.

    Azərbaycan Banklar Assosiasiyasının məlumatına görə, bununla əlaqədar olaraq, cümə günü qurumun Rəyasət Heyətinin iclası keçirilib.
    Qərarda deyilir ki, Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı həlak olanların bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 manata qədər kreditləri (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilsin.

    Həmçinin deyilir ki, banklara tövsiyə edilib ki, bu kateqoriyada olanlara əlavə güzəştlər edilməsi imkanları araşdırılsın.

    Azərbaycan Banklar Assosiasiyasının məlumatında deyilir ki, bu qərar prezident İlham Əliyevin fevralın 28-də verdiyi “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bağlıdır.

    Fərmanda deyilirdi ki, “banklara tövsiyə edilsin ki, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər”.

    İlham Əliyev fevralın əvvəlində fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verib.

    Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək.

  • İstinad: BBC NEWS