Koronavirus haqqında ilk məlumat yayan çinli həkim vəfat etdi

0
158

Yeni koronavirus epidemiyasının yayılması haqqında ilk məlumat yayan çinli həkim Li Venlyan bu axşam vəfat edib.

“RİA Novosti” xəbər verir ki, daha əvvəl “Global Times” nəşri həkimin ölməsi haqqında xəbər yaysa da, sonra bu məlumatı təkzib etmişdi.

Həmin vaxt həkim xəstəxanada intensiv müalicə alıb.

Bu aşxam isə həkimin müalicə aldığı Uhan xəstəxanası onun ölməsi barədə rəsmi xəbər yayıb.

istinad:oxu.az