Kolumbiyada qadın zorakılığına qarşı mübarizə güclənir – FOTO

0
96

Kolumbiyanın paytaxtı Boqotada qadınların ictimai yerlərdə təhlükəsizliyinə dair aksiya keçirilib.

“Anadolu” xəbər verir ki, “Qadınlar kollektivi” ictimai təşkilatının üzvləri şəhərin divarlarında qrafitilər çəkiblər.

Rəsmlər qadının cəmiyyətdə yüksək rolundan bəhs edir. Bununla paytaxtda qadınlara qarşı zorakılığın yayılmasına diqqət cəlb edilib.

Qrafitilər şəhərin təhlükəli sayılan yerlərində, məsələn körpülərin altında çəkilib.

istinad:oxu.az