Kabildə partlayış törədilib, ölənlər var

0
125

Kabildə Marşal Fəhim Milli Müdafiə Universiteti yaxınlığında baş verən partlayış nəticəsində azı 6 nəfər həlak olub və bir o qədər də yaralanıb.

Terefsiz.az NDTV-yə istinadən xəbər verir ki, əvvəlcə universitetə daxil olmaq istəyən, lakin qarşısı alındıqdan sonra kamikadze terrorçu tərəfindən törədilən partlayış günorta saatlarında müdavimlərin binadan toplu halda çıxdığı vaxt baş verib.

Hadisənin məsuliyyətini hələlik hər hansı silahlı dəstə üzərinə götürməyib. Partlayışın “Taliban” rəhbərləri ilə Əfqanıstan rəsmiləri arasında Moskvada aparılan danışıqlarla üst-üstə düşdüyü qeyd olunur.