İsveç səfiri: “Rəqəmsal texnologiyalar qadınlar üçün yeni imkanlar yaradır”

0
48

“Rəqəmsal texnologiyalar yeni yollar açır və qadınlar üçün yeni imkanlar yaradır”.

“Terefsiz.az” xəbər verir ki, bunu İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu konfrans qadınlara dəstək baxımından çox vacibdir, çünki gender bərabərsizliyi səbəbindən qadınlar rəqəmsallaşma və İKT sahəsində potensiallarından tam istifadə edə və özlərini reallaşdıra bilmirlər.

Səfir əlavə edib ki, statistikaya görə, qadınların 58%-i onlayn qısnamaya məruz qalıb: “Gender bərabərliyinin dəstəklənməsi İsveç hökuməti üçün mühüm istiqamətdir. İsveç hökuməti və İsveç İnkişaf və Əməkdaşlıq Agentliyi də innovasiya və texnologiya sahəsində bərabərsizliklərlə mübarizə aparmaq üçün səyləri birləşdirib”.

Sonda T.Lorentzson ölkələrin “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası sadiq qalmasının vacibliyini vurğulayıb.

terefsiz.az