İsrail Suriyaya raket atdı: ölənlər var

0
107

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq ətrafında kənd yerlərini raket atəşinə tutub.

Terefsiz.az xəbər verir ki, raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.

Raketlər Livanın hava məkanında döyüş təyyarələrindən buraxılıb.

İsrail ordusunun nümayəndələri hadisəni şərh etməkdən imtina ediblər.

İstinad: Tass

Terefsiz.az