İsrail səfirindən Makedoniya prezidentinə idman şousu 

0
146

İsrailin Şimali Makedoniyadakı səfiri Dan Oryan ölkə prezidenti Stevo Pendarovski ilə görüşdə bir əli üstə dayanıb.

Terefsiz.az saytı xəbər verir ki, bu jestin yer aldığı fotoşəkli diplomat özünün “Facebook”səhifəsində paylaşıb. 

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlər, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident Pendarovskinin sözlərinə görə, səfir qeyri-adi bacarığını görüşün qeyri-rəsmi hissəsində nümayiş etdirib.

Şimali Makedoniya prezidenti diplomatın paylaşımına şərh də yazıb: “Qoy bu şəkil motivasiya olsun, bir daha sübut eləsin ki, məşq etmək çox vacibdir, bəzən hətta əyləncəlidir”.

Terefsiz.az