İşğaldan azad olunan ərazilərdə daha 195 ha minalardan təmizlənib

0
35

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Terefsiz.az-a verilən məlumata görə, yanvarın 5-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.