İraqın şimalında 9 RKK terrorçusu məhv edildi.

0
2543

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı RKK terror təşkilatının 9 hərbçisini zərərsizləşdirdi.

 

TEREFSİZ.AZ saytının “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, hava əməliyyatı Haftanin, Zap və Avaşin bölgələrində aparılıb.

Son 10 gündə İraqın şimalında 143 RKK terrorçusu məhv edilib.

Qeyd edilib ki, Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı əməliyyatlarını bölgədəki son RKK terrorçusunun məhvinə qədər davam edəcək.

Terefsiz.az