İran ballistik raketi sınaqdan keçirdi

0
117

İran orta mənzilli ballistik raketin müvəffəqiyyətli sınaqlarını keçirib.

Terefsiz.az xəbər verir ki, bu haqda ABŞ-ın prezident administrasiyasındakı yüksək vəzifəli məmura istinadən “Fox News” kanalı bildirir.

Telekanalın mənbəyinin sözlərinə görə, söhbət “Şahab-3” raketindən Ölkənin cənub hissəsində işə salınan raket təxminən 970 kilometr uçub və Tehran yaxınlığında səhrada düşüb.

Amerika məmurlarının fikrincə, “Şahab-3” gəmiçilik və ABŞ-ın hərbi bazaları üçün təhlükə yaratmır.