Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi

0
121

“Ənsar-Alla” şiə hərəkatından qiyamçılar (Husilər) dronların köməyi ilə Səudiyyə Ərəbistanının Cizan və Abxa aeroportlarına zərbələr endirib.

Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Husilərə məxsus “Al-Masira” telekanalı bildirib.

Husilərin nümayəndəsi bildirib ki, Səudiyyə aeroportlarına hücum ərəb koalisiyasının aviazərbələrinə cavab olub. Onun sözlərinə görə, Husilər Səudiyyə Ərəbistanına zərbələr vurmağa davam edəcəklər.

Terefsiz.az