Huawei Mate 30-un keyfiyyətli render fotoları təqdim olunub

0
160

 Terefsiz.az saytı xəbər verir ki,  Slashleaks saytında Huawei Mate 30flaqman smartfon modelinin keyfiyyətli render fotoları təqdim olunub.

Bu barədə Gagadget saytı xəbər verib.

Hazırlanmış render fotolar son zamanlarda bu smartfon barəsində ortaya çıxmış məlumat sızıntılarına əsaslanıb.

Smartfonda ilk diqqəti çəkən məqam məhz onun kamerasıdır. Belə ki, smartfon üç arxa kamera moduluna və işıqlandırma sisteminə sahibdir.

Lakin maraqlısı ondadır ki, bu komponentlər arxa paneldəki xüsusi dairəvi sahənin daxilində yerləşir. Daha əvvəllər Mate seriyasında bu cür dizayn olmamışdı. Arxa panelin yuxarı sol hissəsində daha bir kamera modulu yerləşir.

Çox güman ki, bu, lazer avtofokusudur. Bununla yanaşı arxa paneldə kamera sahəsinin yanında stereosəsgücləndirici yerləşdirilib. Bunları nəzərə almasaq bu standart Mate seriyasının dizaynını xatırladan smartfon modelidir.

Terefsiz.az