HSBC bankının başçısı istefaya getdi

0
179

Böyük Britaniyanın HSBC bankı baş direktor Con Flintin istefası barədə məlumat verib.

Terefsiz.az saytı xəbər verir ki, istefa direktorlar şurası ilə razılaşma əsasında həyata keçirilib.

Hazırda bank yeni rəhbər axtarışındadır. Bildirilir ki, bu vəzifəyə həm yerli, həm də xarici mütəxəssislərin namizədlikləri müzakirə olunur.

C.Flint HSBC-də 30 il çalışıb. O, 2017-ci ildən bankın baş direktoru vəzifəsini icra edib.

HSBC dünyanın ən böyük banklarındandır və müxtəlif ölkələrdə filialları mövcuddur.

Terefsiz.az