Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Ölkədə güclü külək, leysan başladı…

0
1414
Saat 23:00-a olan məlumatına əsasən Sarıbaş (Qax), Göygöl, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafada yağış yağıb, şimşək çaxıb. 
Terefsiz.az xəbər verir ki, ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 21-də Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisinə saat 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.
Qərb küləyi arabir Naftalanda 30 m/s, Gəncədə 25 m/s, Daşkəsəndə 24 m/s, Tərtərdə 23 m/s., Xaçmazda 22 m/s., Şəmkir,Nabranda 20 m/s., Mingəçevirdə 19 m/s, Bərdədə 18 m/s-dək güclənib.