Hacıqabulda qəza: bir ailənin üç üzvü xəstəxanalıq oldu

0
147

Hacıqabulda yol qəzası baş verib.

Terefsiz.az Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəktdə olan “BMW” markalı avtomobil anidən idarəetməni itirib və yolun mühafizə səddinə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 2005-ci il təvəllüdlü Qasımov Nurlan Bayram oğlu, Qasımova Məleykə Bayram qızı və 1982-ci il təvəllüdlü Qasımova Ülkər Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.