Hələ təqdim edilməmiş Xiaomi Pocophone F2 smartfonu Geekbench testindən keçdi

0
234

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Poco brendindən imtina edəcək.

Terefsiz.az saytı xəbər verir ki, şirkət bu xəbəri təqzib edib. Xiaomi təmsilçisi bildirmişdi ki, şirkət bu cür plana sahib deyil. İndi isə hələ təqdim olunmamış Pocophone F2smartfon modeli məşhur bençmark saytında testdən keçib.

Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.

Beləliklə, məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilmiş Pocophone F2 modeli Snapdragon 845prosessoruna və 6 GB RAM-a sahibdir. Smartfon Geekbench-in birnüvəli testində 2473 xal, çoxnüvəli testində isə 8633 xal toplayıb. Maraqlısı ondadır ki, testdən keçmiş model Android Oreo əməliyyat sistemi vasitəsilə çalışır.

Çox güman ki, söhbət, smartfon modelinin ilkin versiyasından gedir. İnternetdə həmçinin Pocophone F2 smartfon modelinin ön panelinin şüşəsinin fotosu ortaya çıxıb.

Fotodan da görmək olar ki, smartfon nazik çərçivələrə və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə sahib olacaq. Pocophone F2-nin nə zaman təqdim oluncağı barəsində hələ də bir məlumat yoxdur.

Terefsiz.az