Həftənin ilk gününə olan hava proqnozu

0
1817

Oktyabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Terefsiz.az saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-19° isti, gündüz  20-24° isti təşkil edəcək.

Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

Terefsiz.az