Həbib Konorla revanş görüşünə dair qərar qəbul etdi

0
193

Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş keçirilməsi ehtimalını qiymətləndirib.

Terefsiz.az xəbər verir ki, o, açıqlamasında revanşdan imtina etdiyini bildirib.

“Əvvəlcə o gərək 10 dəfə ard-arda qələbə qazansın”, – deyə Nurməhəmmədov qeyd edib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbə qazanaraq çempion kəmərini özündə saxlayıb.